Bakıda yük maşını yeniyetməni vuraraq öldürüb

Bakıda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İctimaixeber.com APA-ya istinadən məlumat verir ki, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Belə ki, velosipedlə yolu keçmək istəyən, 2006-cı il təvəllüdlü Seyidov Elmir Elman oğlunu yük maşını vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı Rayon Polis İdarəsində araşdırma aparılır.