Yevlaxda gənc Kürdə boğulub

Yevlax şəhəri ərazisində - “Mirvari” kafesi yaxınlığında çayda iki qardaş batma təhlükəsi ilə üzləşib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, 1996-cı il təvəllüdlü Sahib Şəhriyar oğlu Cəfərov sudan çıxarılaraq xilas edilib. Onun böyük qardaşı isə boğulub.

Axtarışlara Fövqəladə Hallar Nazirliyinin dalğıc axtarış qrupu cəlb edilib.