Ağdam sakinini maşın vurub öldürdü

Ağdamda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

İctimaixeber.com xəbər verir ki, rayonun Qərvənd kənd sakini, 1984-cü il təvəllüdlü Əliyev Zamiq Məhərrəm oğlu yolu keçmək istəyərkən “Mercedes” markalı minik avtomobili onu vurub.

Ağır xəsarətlər alan Z.Əliyev xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.