SON DƏQİQƏ: Bakıda 4 nəfəri maşın vurdu - Yol bağlandı

Bakıda Heydər Əliyev prospektində - Əmircan-Bülbülə döngəsi yaxınlığında ağır yol nəqliyyat hadisəsi baş verib.

İctimaixeber.com xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda qeyd edilən ərazidə hər iki istiqamətdə sıxlıq müşahidə olunur.

İlkin məlumata görə, hadisə nəticəsində 4 nəfər piyada vurulub.