Azərbaycanda dəhşətli qəza: Sürücünün başı qopdu

Ağsu rayonunun Çaparlı kəndi ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi qeydə alınıb.

İctimaixeber.com xəbər verir ki, bu barədə Ictimaixeber.com-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

İsmayıllı rayon sakini, 1970-ci il təvəllüdlü Şirinov Qərib Fərmayıl oğlu “VAZ-21015” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə, maşın dərəyə yuvarlanıb.

Dəhşətli hadisə nəticəsində sürücü hadisə yerində həyatını itirib. Qəzada sürücünün başı qopub.

Faktla bağlı araşdırma aparılır.


Azərbaycanda dəhşətli qəza: Sürücünün başı qopdu