Qaxda ev yandı, sahibi həyəcandan dünyasını dəyişdi

Qax rayonunun Qaxbaş kəndində ev yanıb. Ev sahibi isə həyəcandan dünyasını dəyişib.

İctimaixeber.com bildirir ki, kənd sakini 1958-ci il təvəllüdlü Barixaşvili Spridon Valeroviçə məxsus 3 otaq və bir eyvandan ibarət olan ev içərisindəki əşyalarla birlikdə tamamilə yanıb.

Yanğın yerinə Qax rayon Yanğından Mühafizə Xidmətindən iki maşın cəlb olunub, yanğın məhdudlaşdırılıb və alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Yangın zamanı ev sahibləri - yaşlı ər və arvad qonşuların köməyi ilə evdən çıxarılıb.

Lakin 62 yaşlı ev sahibi Barixaşvili Spridon Valeroviç həyəcandan dünyasını dəyişib.

Qeyd edək ki B.Spridon gözdən əlil və yüksək şəkər xəstəsi olub. Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.