Bakıda iki rəfiqəni avtomobil vurdu

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İctimaixeber.com xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

Yolu keçən 1990-cı il təvəllüdlü Məmmədova Türkan Firuz qızı və rəfiqəsi, 1987-ci il təvəllüdlü Quliyeva Mətanət Ələsgər qızını avtomobil vurub.

Hər iki yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.