Bakıda 19 yaşlı gənc bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

İctimaixeber.com xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü İsgəndərov Əli Elman oğlu mübahisə zəminində bıçaqlanıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı onda sol budun bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb (report).

Faktla bağlı araşdırma aparılır.