Bakıda doqquzmərtəbəli binada yanğın olub

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

İctimaixeber.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 60 m² olan 2 otaqlı mənzildə 1 ədəd çarpayı və yataq dəsti qismən yanıb.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.