Bərdə Ağdam yolunda zəncirvari yol nəqliyyat hadisəsində ölən və yaralananlar var

Hadisə Bərdə Ağdam yolunun 4 yol iki qəsəbəsi ərazisində baş verib.

İctimaixeber.com xəbər verir ki, hadisəyə səbəb VAZ 21099 markalı minik avtomobili olub. Beləki 21099 markalı minik avtomobili yüksək surət ilə hərəkətdə olan zaman qarşıdan gələn Mersedes markalı sərnişin avtobusuna tokkuşub. Daha sonra həmin istiqamətdə gələn Mersedes markalı minik avtomobilinə çırpılıb.Nəticədə VAZ 21099 markalı minik avtomobilində olan hələlik şəxsiyyəti məlum olmayan sərnişin hadisə yerində dünyasın dəyişib.Sürücü və Mersedes markalı mikro avtobusun sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıblar vəziyyətləri orta ağır olaraq bildirilir Faktla bağlı araşdırma aparılır.