Bakıda motosiklet avtomobillə toqquşdu, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İctimaixeber.com xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.
Motosikletlə avtomobilin toqquşması nəticəsində motosikletin sürücüsü, 1996-cı il təvəllüdlü Sənəliyev Elmar Təhməz oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.