Sumqayıtın fəxrli karateçisi

Bu gün gənc idmançı İlyas Əlirzayevin 18 yaşı tamam olur

İdmançımızı tanıyaq:

İlyas Mehman oğlu Əlirzayev 6 fevral 20002-ci ildə Sumqayıt şəhəri karate-do növü üzrə məşhur məşqiçi müəllim Mehman Əlirzayevin ailəsində dünyaya gəlib. 2008-ci ildə Sumqayıt şəhər 26 saylı tam orta məktəbin birinci sinifinə qəbul olur və 2019-cı ildə buranı bitirir. 2013-ci ildə “SURİ” karate klubunda karate idman növü ilə Mehman Əlirzayevin rəhbərliyi altında ilk məşqlərə başlayır və tez bir zamanda uğurlar qazanır. 12 yaşında 2014-ci ildə Gürcüstanın Tbilisi şəhərində keçirilən dünya çempionatında “Dünya Kuboku”nun sahibi, 2015-ci ildə dünya çempionatının üçüncüsü, 2016-cı ildə Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının bürünc mükafatçısı olub. Dəfələrlə Beynəlxalq turnirlərin və Bakı, Sumqayıt, rayonlararası yarışların qalibidir. Karate yığma komandasının üzvüdür. “SURİ” şotakan karate klubunun vitse prezidentidir.
Bizdə “İctimaixeber.com” informasiya portalı gənc karateçimiz İlyas Əlirzayevi 18 yaşı münasibəti ilə ürəkdən təbrik edirik ona möhkəm can sağlığı, idmanda yeni-yeni nailiyyətlər arzulayırıq. Hər zaman dünya arenalarında Azərbaycanın qürurverici bayrağını qaldıraraq milli himnimizi səsləndirsin.

Yeganə Telmanqızı
“İctimaixeber.com”


Sumqayıtın fəxrli karateçisi
Sumqayıtın fəxrli karateçisi
Sumqayıtın fəxrli karateçisi