Sağlam həyat sağlam bədəndə və sağlam beyində olur- FOTOLAR

Nazilə İssa- Qadının bədəninə yaraşan hərəkət onun çəkisinə uyğun olan hərəkətdir.

Sumqayıt şəhərində yeniçə istifadəyə verilmiş “Spartak” idman və sağlamlıq mərkəzində qonaq oldum. Kompleksin direktoru işinin peşəkarı və seçdiyi peşəsindən zövq alan Nazilə xanımla həmsöhbət olduqca idmana, ən çoxda fitnesə maraqım bir daha artdı. Bəli insan işinin peşəkarı olanda ətrafdakı insanlarda bundan bəhrələnir və zövq alır. Bir sıra beynəlxalq sertifkatların və kəmərlərin sahibi Pilates fitness növünü Azərbaycanda və xarici ölkələrdə tətbiq edən qadın məşqiçisi Nazilə İssanı tanıyaq:
Nazilə Əhməd qızı İssan (Bəkirzadə) 2 iyul 1986-cı ildə Bakı şəhərində anadan olmuşdur. Səkkizinci sinifə qədər Bakı şəhərində orta təhsil aldıqdan sonra ailəsi ilə birlikdə 1999-cı ildə Türkiyənin İstanbul şəhərinə köcür və orta təhsilini burada davam etdirir. Bakı şəhərində yaşadığı müddətdə kung-fu idman növüylə məşğul olur və Azərbaycan - Rusiya beynəlxalq yarışının ikincisi olmuşdur. Kiçik Nazilə bir müddət Bakı şəhərində fəaliyyət göstərən “Asiman” rəqs ansamblının solisti, Türkiyəyə köçəndən sonra Savaş Nartın və Əlixan Səmədovun rəhbərliyi altında “Qafqaz Dansları” rəqs qrupunun solisti olmuşdur. Eyni zamanda “Anadolu Atəşi” rəqs qrupuna imtahan verərək solist kimi qəbul olunur, lakin vaxtı az olduğundan bu qrupda ifa etmir. 2005-ci ildə məktəbi bitirən kimi drek fitness növü ilə məşqıcı olaraq çalışmağa başlayır, bu ilə qədər qədər kapera idman növü ilə məşğul olmuşdur və 5 il professional idmançı Türkiyə, İstanbul, təmsilçisi olaraq Ankara və bir sıra şəhərlərə yarışlara gedir və bu növdə kəmərlərə, çeşidli sertifakatlara, diplomlara layiq görülür. O Türkiyənin ən iri, köklü və qocaman təhsil ocaqlarından biri olan İstanbul Mərmərə Universitetinin idmanın idarə etmə fakültəsinə daxil olur və bu peşəni özündə daha da təkminləşdirir. Təhsil illərində həmdə əmək fəaliyyətini davam etdirir. Pilates fitness növü Nazilə xanıma yaxın olduğu üçün bu sahənin incəliklərini, fəlsəfəsini daha yaxından öyrənir. 2010-cı ildə Bakı şəhərinə qayıdır və qadın fitness idman klublarının birində məşqiçi müəllim kimi çalışır. Nazilə xanım özündəki idman bacarığını görərək müxtəlif idman klublarına müraciətlər göndərir. “Jumeirah Bilgah Beach Hotel”in fitness zalına məşqiçi trener dəvətini alır. Bir müddətdə burada çalışır və bacarıqlı kadr kimi Birləşmiş Ərəb Əmirliklərində fəaliiyət göstərən baş ofisdə “Thales Fitness” idman mərkəzində işləməyə göndərilir. Sonra İndoneziyanın Bali şəhərində Flay-Yoqa məşqiçisi kimi çalışır. Sonra ABŞ-nın ən böyük şəhərlərindən biri olan Nyu-Yorka köçür və burada 2015-ci ildə ailə həyatı qurur və 2019-cu ilin may ayına qədər Nyu-Yorkda Gold’s Gym fitness mərkəzində çalışır. Hər an Azərbaycanla nəfəs alan Nazilə xanım Azərbaycana dönür. Ailəlidir Jayden adlı bir oğlu var.

Nazilə xanım bu sahənin peşəkarısız və sizinlə həmsöhbət olduqca peşənizə daha savadlı həmdə sevərək yanaşmanızı gördüm.

-Yeganə xanım sizi yeni açılmış “Spartak” idman və sağlamlıq mərkəzində görməyimizə şadıq. Bəli peşəsindən aslı olmayaraq hər kəs işlədiyi sahədə savadlı və peşəkar olmalıdır. Məktəbi bitirdiyim il idman müəlliməm mənim idmana həvəsimi görür və yay aylarında məni fitness mərkəzlərinin birinə məşqıçı kimi işləməyə dəvət edir. İdmana olan həvəsim, marağım, doğmalığım bu sahədə peşəkar olmağıma gətirib çıxrır. Həmişə pilates mütəxəssisi olmaq ən böyük arzum olub. Mən bu günə qədər kifayət qədər ölkələrdə -fitness növünü tətbiq etmişəm ən uğurlu sertifakatlarla təltif edilmişəm. Professional məşqlərim öz üzərimdə daha da mükəmələşən vaxtlarıma Birləşmiş Ərəb Əmirliklərində nail olmuşam. Fitnesin müxtəlif növlərini Avropa standartlarına uyğun olaraq Azərbaycanda tətbiq etmək isdəyirəm, bəli bu günə qədər bir sıra fitness zallarında yeniləşmiş, müasir məşq növləri ilə calışmışam. 4 ilə yaxın Nyu-Yorkda Gold’s Gym fitness mərkəzində iş fəaliyyətimi davam etdirmişəm. Mükəmməl bir fitness mərkəzi, olduqca müasir avadanlıqlar və əsasıda belə bir məkanda təcrübə toplamaq və burada çalışmaq mənim üçün fəxr idi. Qrup və aerobika treneri işləmək çox məsuliyyətli idi. Məndə bu sahənin öhdəsindən yetərincə gəldim və lider olaraq fəaliyyətimi davam etdirdim. Azərbaycana vurğunluğum məni ailəmlə birgə bura qaytardı. Flay-yoqa fitness idman növünü Azərbaycanda daha da yayılmağına və təbliğinə başlamışam, bu idman növünü professional idman növünə çevirmək isdəyirəm. Flay-yoqa, Pialates fitness idman növlərini yeni başlayan məşqiçi müəllimlər tez-tez kurslar keçərək öyrənməsini isdəyərdim. Hardansa eşidib öyrənməklə bunu idmançı tələbələrə öyrətmək?. Bu artıq insanların həyatını məhv etmək, sağlamlığı ilə oynamaq deməkdir, bunu mənim illərlə yığdığım təcrübəm deyir. Fitness sözünün mənası sağlam, problemsiz bədən, fit bədən “həkimə qədər ilk yardım və sağlamlığa hazırlıq deməkdir”. Məşqiçi trenerlər mütamadə olaraq həkimlə əlaqəli işləməlidir və anatomya elimindən məlumatlı olmalıdır. Rəhbəri olduğum sağlamlıq komleksində qadın fitness zalında Pilates, Flay-Yoqa, Step, Tabata, Arental, Aerobika idman növlərində məşqlər keçirilir.

Nazilə xanım niyə məhz pilates fitness növünü seçdiz?

- Pilates fiziki fitness sistemidir. 20-ci əsrin əvvəlində Alman əsilli Yozef Pilates tərəfindən yaradılıb. Yozefin belində problemləri olub bu hərəkətləri öz üzərində formalaşdıraraq xəstaxanaların birində tətbiq edib və nəticini görəndən sonra bu idman növü kimi qəbul olunub. Hər zaman ürəyimdən və ağlımdan keçitdim ki, pilates mütəxəsisi olum. Pilates fitness növünü hər bir şəxs yəni yaşlı nəsildən uşaqlara qədər, hətda hamilə qadınlar və yeni ana olmuş xanımlar belə bu idman növü ilə məşğul ola bilər. Bu növün özəlliyi ondadır ki, bədəni və bədən releyfini hər zaman formada saxlayır, fiquranı kobudlaşmağa qoymur, ən əsasıda müalicəvi bir idman növüdür. Beldə, boyunda, dizdə problem varsa aradan qaldırır, sağlamlığa doğru nəticələr verir, nəticədə qarantlı bir nəticədir. Fitness növündə olan bütün hərəkətlər pilatesdən gəlir və deyərdim ki, bu növ idmanda bünövrədir. Krossfit, juqutla olan müxtəlif hərəkətlər, yerdəki hərəkətlər hər biri pilatesdən götürülüb. Bu idman növü çox qədim tarixə malik olan idman növüdür. Pilatesi mükəmməl bilən məşqıçi insanlara baxanda artıq onların hansı oynaqlarında problem olduqlarını bilirlər. Mən çox isdərdim ki, Azərbaycandada pilates idman növündə peşəkarlar məşğul olsun. Misyamız insanlara sağlamlıq qazandırmaqdır.

Dünyanın böyük ölkələrində çalışmısız kifayət qədər iş təcrübəniz var şah əsərinizi bilmək olar?

- İlk şah əsərim Türkiyədə olub, xanım 127 kiloqram idi, ürəyində problemdə var idi, ana ola bilmirdi həkimin məsləhəti ilə fitness məşqlərinə başladı. Xanımla iki ay məşğul oldum 90 kiloqrama qədər cəkiyə nail olduq cəmi 4 aya artıq ana olmaq mərhələsinə gəldi. Nyu-Yorkda iki dizinə dəmir taxılmış xanıma pilates hərəkətləri vasitəsi ilə isdədiyimiz nəticəyə nail olduq və xanım oturub, qalxada bilirdi.

Bu gün xanımların formaya düşməsində ən çox rol oynayan nədi?

- Mən həm kişi, həmdə qadın məşqiçisiyəm. Hər iki cinsdə əzələ, forma quruluşu başqa-başqadır. Qadının bədəninə yaraşan hərəkət onun çəkisinə uyğun olan hərəkətdir. Juqut, yoqa hərəkətləri qadın fitness növüdür. Sağlam pozetivlikdə, sağıam düşüncə olar. Məşqiçinin psixaloji hazır olmağı daha vacibdir, çünki idmançını formaya gətirməsi üçün ilk növbədə professional hazırlığı sonrada psixaloji hazırlığı olmalıdır. Ən əasasıda məşqıçı idmançı tələbəsini inandırmalıdır ki, bəli sən istədiyin formada olacaqsan. Nə xoş ki, bu günümüzdə formalarından narazı olan xanımlar artıq fitnessə, idman zallarına gələrək formaya düşmək istəyirlər. Sosial şəbəkələrdə, müxtəlif televiziya kanllarında görüb qərar verirlər ki, bəli bizdə ideal formaya nail ola bilərik. Mənim xanımlara sözüm budur ki, idmana başlayan xanımlar işinin peşəkarı olan trenerlərə müraciət etsinlər və nəticənidə görəcəklər. Forma almaqda qidanında rolu böyükdür. Dünyəvi dövlətlərdə qida ilə bağlı bir gözəl süar var “az-az ye, tez-tez ye” əslində bu çox düzgün yanaşmadı. Normal insan hər şey yeməlidir amma qaydada və vaxtında yemək daha məsləhətlidir. Xanımlara hər zaman gözəl, baxımlı olmaqlarını arzulayıram!
Xatırladaq ki, qonağı olduğum Sumqayıt şəhəri “Spartak” idman və sağlamlıq mərkəzində peşəkar məşqiçilər tərəfəndən cüdo, taekvando, kikboksinq, boks, MMA idman növlərində məşqlər keçirilir. Kişi və qadın fitness klubları və 12 nəfərdən ibarət 3 mini futzalı fəaliyyət göstərir. Futzalın 60-dan çox həvəskar futbolçusu var. Burada idmançıların məşqləri və asudə vaxtının sağlam keçirilməsi üçün hər bir şərait var. Professional treynerlər, ən kefiyyətli məşq alətləri, Gülərüz işçi heyəti.

Hər zaman sağlam olun!

Sizə ideal sağlamlığın ünvanı Sumqayıt şəhəri “Spartak” idman və sağlamlıq mərkəzi video rolikini təqdim edirik.

Yeganə Telmanqızı
“İctimaixeber.com”

Sağlam həyat sağlam bədəndə və sağlam beyində olur- FOTOLAR
Sağlam həyat sağlam bədəndə və sağlam beyində olur- FOTOLAR
Sağlam həyat sağlam bədəndə və sağlam beyində olur- FOTOLAR
Sağlam həyat sağlam bədəndə və sağlam beyində olur- FOTOLAR
Sağlam həyat sağlam bədəndə və sağlam beyində olur- FOTOLAR
Sağlam həyat sağlam bədəndə və sağlam beyində olur- FOTOLAR
Sağlam həyat sağlam bədəndə və sağlam beyində olur- FOTOLAR
Sağlam həyat sağlam bədəndə və sağlam beyində olur- FOTOLAR