Tarix yazan idmançılar

Avropa çempionatında yunan-Roma güləşi üzrə tarixdə ilk dəfə 6 medal qazanan milli komandamızın möhtəşəm qələbəsi.

İctimaixeber.com xəbər verir ki, fevralın 10-11-12-də İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı keçirildi. Azərbaycana medal qazandıran və tarix yazan idmançılar bunlardır:
Sənan Süleymanov- 77 kq çəki dərəcəsində 1-ci yer
Rafiq Hüseynov- 82 kq çəki dərəcəsində 1-ci yer
Eldəniz Əzizli- 55 kq çəki dərəcəsində 3-cü yer
Murad Bazarov- 60 kq çəki dərəcəsində 3-cü yer
Ülvi Qənizadə- 72 kq çəki dərəcəsində 3-cü yer
İslam Abbasov - 87 kq çəki dərəcəsində 3-cü yer
Xatırladaq ki, yarışa Azərbaycanın milli komandasından 10 idmançı qatılmışdı və bu çempionatda qalibiyyət qazanan bir sıra idmançıların məşqiçi müəllimi Nürəddin Rəcəbov olmuşdur.
Bizdə İctimaixeber.com informasiya portalı olaraq güləşçilərimizə uğurlar və qalibiyyətlər arzulayırıq.

Yeganə Telmanqızı
“İctimaixeber.com”

Tarix yazan idmançılar
Tarix yazan idmançılar
Tarix yazan idmançılar
Tarix yazan idmançılar
Tarix yazan idmançılar
Tarix yazan idmançılar