Ali Fighters Sumgait- FOTOLAR

Nadir Həsənov- Bir zamanlar inanırdım ki, “Ali Fighters Sumgait” adda idman klubum olacaq və bu idman klubunun yetişdirdiyi idmançılar dünya arenalarında Azərbaycanı tanıdacaq.

“Böyüməkdə olan nəslin və yeniyetmələrin asudə vaxtlarının necə keçirilməsi” adlı lahiyəmizlə Sumqayıt şəhəri Taekvando idman kompleksində fəaliyyət göstərən “Ali Fighters Sumgait” Budo və MMA idman klubunun qonağı oldum. İdman klubunun direktoru və məşqiçi müəllimi Nadir Həsənovu tanıyaq:
Nadir Faiq oğlu Həsənov 10 may 1989-cı ildə Sumqayıt şəhərində sadə bir ailədə dünyaya gəlmişdir. 9 yaşında Sumqayıt şəhəri Alminum İdman zalında güləş idman növündə Rövşən müəllimin rəhbərliyi altında məşqlərə başlayır.11 yaşında Sumqayıt şəhər 16 saylı tam orta məktəbin idman zalında Adil müəllimin sinifində iki ildən artıq boks idman növündə məşqlər keçir. 2000-ci ildə Sumqayıt çempionu olur. Sevimli Adil müəlliminin qəfil vəfatı kiçik idmançı Nadirə psixaloji tərəfdən çox pis təsir edir. Sonra o 15 saylı məktəbinin nəzdində fəaliyyət göstərən Gənclər və İdman Nazirliyinin tabeliyində olan idman məktəbində Mahir Əliyevin rəhbərliyi altında məşqlərə davam edir. Bir müddətdən sonra Xəyal Quliyevin rəhbərliyi altında MMA (qaydasız döyüş) idman növüylə məşqul olmağa başlayır. 1996-2007-ci illərdə Sumqayıt şəhəri 16 saylı tam orta məktəbdə təhsil almışdır. 2007-ci ilin 3 aylıq çavuşluq kursu keçir, elə həmin ili həqiqi hərbi çağrılır. 2007-2009-cı illərdə Gəncə N saylı hərbi hissədə qulluq etmişdir. Hərbi hissədən qayıtdıqdan sonra bir sıra idman uğurları qazanır: 28 dekabr 2012- ci il Beləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Budo idman növü üzrə Avrasya beynəlxalq çempionatında 2-ci yerin sahibi olur. 2012-ci ildə Budo və MMA idman növü üzrə Respublika çempionu, dəfələrlə MMA və Budo idman növləri üzrə Respublika çempionu, dəfələrlə Sumqayıt, Bakı çempionu, və klublararası yarışların qalibi olmuşdur, ardınca peşəkar döyüşlərdə uğurlara imza atır.

Yetişdirdiyi idmançı tələbələr:

Dağbəyi Hətəmli- Dünya çempionu, Avrasiya çempionatının ikincisi.
Elmir Cəfərov- Respublika çempionu, Avrasya çempionatının qalibi, Budo və MMA idman növləri üzrə bir neçə reytinq döyüşlərinin qalibi olmuşdur.
Kamil Əzizov- Peşəkar döyüşlərdə döyüşür, 4 qələbə 2 məğlubiyyət. Dörd dəfə Azərbaycan bayrağını dalğalandırıb, himnini səsləndirib.
Röyal Allahverdiyev- Respublika çempionu, hal-hazırda peşəkar döyüşlərə hazırlıqlarını davam etdirir.
Hilal Məmmədov- Yeniyetmələr arasında MMA Və Budo idman növü üzrə Respublika çempionu, Budo üzrə dünya kubokunun sahibi, MMA üzrə dəfələrlə Bakı və Sumqayıt çempionu.
Nadir Həsənov 2016-cı ildən bu günə qədər məşqiçi müəllim kimi çalışır. 2017-ci ildə Azərbaycan Budo Döyüş Növləri Federasiyasının B-dan qara kəmər ustası adına layiq görülür. 2015-ci ildən ailəlidir 2 övladı var: Əli və Məhəmməd.

Nadir Həsənov MMA idman növünün texniki qaydalarını belə izah etdi:

Qarışıq döyüş sənəti - (Mixed martial arts,MMA) kimi tanınan döyüş sənəti qədim Yunanıstanda yarandı və sonra Romalılara ötürüldü. Yunan erası ərzində “Pankration” kimi idman, tanınan qədim Olimpia döyüşü mövcud idi. Onun oxşar müasir forması isə qarışıq döyüş növləri olmuşdur. Pankration – Yunanıstanda yaradılan bu idman növünün mənası yunancadan tərcümədə "yumruqla güləş" anlamını verir. Rəqibə zərbə endirməməsi, təslim olmağa məcbur etməkdən ibarətdir və “hərnövçülük” mənasını ifadə edir.

Nadir müəllim böyük idmançıları məşqiçi müəllimlər yetişdirir. Zaldakı məşq dərslərinizi izlədim və deyərdim çox gərgin və çətin məşqlər gedirdi. Bəli bu gün siz nəticəsi yüksək olan idmançılar yetişdirirsiz və zaldakı məşqlərdəndə aydın olur ki, işinizi sevirsiz və işinizdə peşəkarısız.

Yeganə xanım zalımızın qonağı olmağınıza həm mən, həm də idmançılarımız çox şad oldu. Ağlım kəsəndən idmanla məşğulam. İdman sağlamlıqdır, idman saf iradə və saf düşüncə və ən əsasıda sağlamlıq deməkdir. Bu gün böyüməkdə olan nəslin idmanla məşğul olmağı vacıbdir və idmanla məşğul olan gənc nəsil həmdə pis vərdişlərdən uzaqdır. Məqsədim Vətən üçün vətənpərvər idmançılar yetişdirməkdir. MMA və Budo idman növlərində idmançılar çox zədə alır və buna baxmayaraq bu idman növü ilə sevərək məşğul olurlar. Əsas hədəfimiz və məqsədimiz Azərbaycanın bayrağını digər ölkələrdə tanıtmaqdır. Bu gün nailiyyətlərimiz var və biz bununla qane olmuruq, daima öz üzərimizdə işləyirik. Mart ayında YFC liqasının reytinqli yarışları Azərbaycanda keçiriləçək və biz bu gərgin döyüşlərə hazırlaşırıq. Mən sayıtınız vasitəsi ilə Dünya Budo Döyüş Növləri Federasiyasının qurucusu və vitse-prezidenti, Azərbaycan Budo Döyüş Növləri Federasiyasının prezidenti, 10-cu Dan qara kəmər sahibi, döyüş növləri üzrə fəlsəfə doktoru Faiq Rəfiyevə, dostlarımdan Nicat Mabutova, Elmir Cəfərova hər zaman idman klubumuza, idmançılara psixaloji, mənəvi, maddi dəstək olduqları üçün öz dərin minnətdarlığımı bildirirəm.

Nadir müəllim klubunuzun maraqlı bir adı var, bəlkə bu adın izahın verəsiniz:

- Uşaq vaxtından bu adda klub açmaq arzusunda idim və ən əsasıda inanırdım ki, mənim “Ali Fighters Sumgait” adda idman klubum olacaq və bu idman klubunun yetişdirdiyi idmançılar dünya arenalarında Azərbaycanı tanıdacaq. Tarixə cəngavər kimi düşmüş Hz. Əli (ə.s) özümə ideal seçdim, istər insanlıq baxımından, istər döyüşkən güclü bir cəngavər kimi. Bəli zamanla qərarımı reallaşdıraraq idman klubu açdım.

İdmançıların dostu, iş adamı Nicat Mabudov “İctimaixəbər.com” sayıtının xüsusi müxbirinə verdiyi müsahibəsində bunları bildirdi:

- Mən özümdə bir zamanlar idmanla məşğul idim. İndi zamanım məhdud olduğundan məşğul ola bilmirəm. İdmançılara hər zaman dəstək olmaq lazımdır. Çünki idmançılar bizi xarici dövlətlərdə təmsil edirlər, Azərbaycanı dünyavi dövlətlər sırasında tanıdırlar. Azərbaycan xalq olaraq hər zaman güclü olub. 28 ildi Müstəqil Azərbaycan dövləti quurulub, nə xoş bizlərə bu gün Azərbaycanda, mötəbər idman yarışlarına ev sahibliyi edir. Bu gün idmana dövlət qayğısı var. Azərbaycan dövləti tərəfindən bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olunması, idman infrastrukturunun yenidən qurulması, gənclərin idmana marağının artırılması daim diqqət mərkəzində saxlanılır.

Nadir müəllim bizdə "İctimaixeber.com" informasiya portalı olaraq sizə bu çətin, şərəfli peşədə uğular arzulayırıq. Həmişə yetişdirdiyiniz tələbələrin qələbə soraqları Dünya arenalarından gəlsin. Azərbaycanın qürurverici üç rəngli bayrağını uca zirvələrdə qalğalandıraraq milli himnimizi səsləndirsinlər.


Yeganə Telmanqızı
“İctimaixeber.com”

Ali Fighters Sumgait- FOTOLAR
Ali Fighters Sumgait- FOTOLAR
Ali Fighters Sumgait- FOTOLAR
Ali Fighters Sumgait- FOTOLAR
Ali Fighters Sumgait- FOTOLAR
Ali Fighters Sumgait- FOTOLAR
Ali Fighters Sumgait- FOTOLAR

Ali Fighters Sumgait- FOTOLAR
Ali Fighters Sumgait- FOTOLAR