Dünya çempionu İbad Rzazadə “İlin məşqçisi” adına layiq görüldü

2019-cı il üzrə ilin yekunları keçrildi “İlin ən prespektivli klubu” və “İlin məşqçisi”seçildi.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Qocyu-ryu, Okinava Karate-do, kobudo və Kempo döyüş növləri Federasiyasının birgə təşkilatçılığı İlə 2019-cı il üzrə ilin yekunu keçrildi. Qobustan döyüş növləri klubu “İlin ən prespektivli klubu”, Karate üzrə 3 qat Dünya çempionu İbad Rzazadə “İlin məşqçisi” adına layiq görüldü.
Xatırladaq ki, “İlin ən prespektivli klubu” adına layiq görülmüş idman klubu 2019-cı ildə müxtəlif döyüş versiyaları üzrə 14 Respublika çempionu, 3 Avropa çempionu yetişdirmişdir. İdman klubunun 3 idmançı tələbəsi 2020- ci ildə Dünya çempionatına lisenziya qazanaraq Azərbaycanı təmsil edəcək. Hal-hazırda Qobustan döyüş növləri klubunun 98 idmançısı və 2 məşqçisi var. Klubun baş məşqıçısı İbad Rzazadədir. Bizdə “İctimaixeber.com” informasiya portalı olaraq Karate üzrə 3 qat Dünya çempionu İbad Rzazadəyə və “Qobustan döyüş növləri idman klubu”nun idmançı tələbələrinə bol-bol qalibiyyətlər arzulayırıq. Hər zaman dünya və beynəlxalq arenalarda qürurverici üç rəngli bayrağımızı dalğalandıraraq, milli himnimizi səsləndirəsiniz.


Yeganə Telmanqızı
“İctimaixeber.com”

Dünya çempionu İbad Rzazadə  “İlin məşqçisi” adına layiq görüldü
Dünya çempionu İbad Rzazadə  “İlin məşqçisi” adına layiq görüldü