Dünya çempionu Tural Əliyev “İlin pəhləvan güləşçisi” seçildi

Martın 2-də Azərbaycan Mətbuat Şurasının inzibati binasında “Qızıl 10-luq ” idman sorğusunun qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

İctimaixeber.com xəbər verir ki, mərasimdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, " Olimpiya dünyası " qəzetinin baş redaktorunun müavini, Əməkdar jurnalist Aslan Şirəliyev və “Olimpsport ” jurnalının baş redaktoru Ramin Allahverdiyev iştirak edib. Fəxri qonaqlar arasında idman ictimaiyyətinin tanınmış nümayəndələrindən üçqat dünya və Avropa çempionu Hacı Əliyev, üçqat Avropa çempionu, yığma komandanın kapitanı Cəbrayıl Həsənov, “Neftçi ” Klubunun veteran futbolçusu, Şimali Osetiyanın “Şöhrət ” ordeni laureatı Nazim Süleymanov, Bakı Dövlət Universitetinin hüquq elmləri doktoru, professor Mayis Əliyev, Xəzər televiziya kanalının jurnalisti Sənan Abdullayev və digər nüfuzlu şəxslər də fəxri qonaq qismində yer alıblar.
Tədbiri giriş sözü ilə açan Əflatun Amaşov əvvəlcə Azərbaycanın idman salnaməsindən qısa məlumat verdi.
Mərasimdə 55 illik yubileyi münasibətilə Nazim Süleymanov təşkilatçılar tərəfindən fəxri diplomla təltif olunub.
Azərbaycan Mətbuat Şurası, "Olimpiya dünyası " qəzeti və "Olimpsport " jurnalının birgə təşkilatçılığı ilə keçirilən 2019-cu ilin “Qızıl10-luq” idman sorğusunun nəticələri açıqlanıb. Nəticələrə görə aşağıdakı nominantlar qalib adını qazananlar sırasında “İlin pəhləvan güləşçisi” - Kəmər güləşi üzrə 2019-cu ilin dünya çempionu Tural Əliyevdə var idi.
Xatırladaq ki, qızıl onluğa “İlin futbol adamı”, “İlin idmançısı”, “İlin məşqçisi” , “İlin Hakimi”, “İlin idman jurnalisti”, “İlin pəhləvan güləşçisi”, “İlin gənclər və idman təbliğatçısı”, “İlin mətbuat katibi”, “İlin idman mütəxəssisi “, ”İlin idman cəmiyyəti” namunasiyaları daxil edilmişdir. Mükafatı sərbəst güləş üzrə 3 qat dünya çempionu, 2016-cı il Yay Olimpiya oyunlarının bürünc medalçısı, milli yığma komandanın kapitanı Cəbrayıl Həsənov təqdim etdi
Bizdə İctimaixeber.com informasiya portalı olaraq dünya çempionu, “İlin pəhləvan güləşçisi” Tural Əliyevi ürəkdən təbrik edirik, ona idman karyerasında bol-bol uğur və qalibiyyətlər arzulayırıq.

Yeganə Telmanqızı
“İctimaixeber.com”

Dünya çempionu Tural Əliyev “İlin pəhləvan güləşçisi”  seçildi