11-ci "Baku Open"

5-8 Mart tarixlərində Boks İdman Mərkəzində 11-ci "Baku Open" Beynəlxalq Karate Turniri keçirildi. Turnir bu dəfə dünya şöhrətli idmançı Rafael Ağayevin 35 illik yubileyinə həsr olunmuşdur.

İctimaixeber.com xəbər verir ki, yarışda 6-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 və 18-20 yaşlı gənclər, böyüklər və veteran karateçilər iştirak etdirlər. Fərdi və komanda yarışlarında yerli idmançılarla birgə Türkiyə, Malayziya, Misir, Gürcüsütan, İsveçrə və Rusiyadan 698 idmançı iştirak edir. 5 Martda böyüklər və veteranlar, ertəsi gün 16-17 yaşlı və 18-21 yaşlı gənclər, 7 Martda 14-15 yaşlı yeniyetmələr, bazar günü isə 13 yaşadək uşaqlar mübarizə apardılar. 5 Martda böyüklər və veteranlar, ertəsi gün 16-17 yaşlı və 18-21 yaşlı gənclər, 7 Martda 14-15 yaşlı yeniyetmələr, bazar ügünü isə 613 yaşadək uşaqlar mübarizə apardılar. Yarışa ümumilikdə 700 idmançı qatılmışdır. Yarışın təntənəli açılış mərasimi 6 Mart, saat 17:00-da baş tutdu. Yarışın açılış mərasımındə fəxri qonaqlardan Azərbaycan Milli Karete Fedarasiyasının prezidenti Yaşar Bəşirov, dünya şöhrətli karateçi Rafael Ağayev və digər qonaqlar iştirak etdilər.
Beynəlxalq turnirin nəticələrinə görə medal sıralaması ilə tanış ola bilərsiniz.
Azərbaycan 79 qızıl, 80 gümüş, 128 bürünc medal olaraq turnir cədvəlinin lideri, ikinci yerdə Türkiyə, Malaziya üçüncü, Gürcüstan dördüncü, İsvecrə beşinci yerlərdə qərarlaşıb.
Xatırladaq ki, yarışı 30 Milli dərəcəli hakimlər, 6 beynəlxalq dərəcəli hakimlər idarə etdilər. Yarışın baş hakimi Cahangir Babayev, media və ictimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov idilər.
Sonda I-II-III yerləri tutan idmançılar Diplomla və medala mükafatlandırıldı.
Bizdə “İctimaixeber.com” informasiya portalı olaraq qalib karateçılərimiz təbrik edərək onların hər birinə uğurlar və qalibiyyətlər arzulayırıq.

Yeganə Telmanqızı
“İctimaixeber.com”