Daha bir Çempionlar Liqası təxirə salındı

Futzal üzrə Çempionlar Liqası təxirə salınıb.

İctimaixeber.com xəbər verir ki, koronavirus (COVID-19) infeksiyasının geniş yayılması və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya kimi dəyərləndirilməsinin ardından UEFA İcraiyyə Komitəsinin qərarı ilə digər yarışlar kimi, futzal üzrə Çempionlar Liqasının “Dördlər finalı” da növbəti xəbərdarlığa qədər təxirə salınıb.

Xatırladaq ki, 2019/20 mövsümündə “Dördlər finalı” aprelin 24-də və 26-da Belarusun paytaxtı Minskdə keçirilməli idi.

Qeyd edək ki, yarımfinal oyunlarında “Barselona” – KPRF və “Mursia” – “Tümen” komandaları qarşılaşacaq.