Azərbaycan kikboksinqinin fəxri- FOTO

Azərbaycan kikboksinqini dünyayada tanıdan idmançılardan biri olacam- 5 qat Respublika çempionu Fərahi Ağayev.

“Balaça çempionlar” lahiyəmizin bu dəfəki 13 yaşlı çempion qonağını sizdə tanıyın:
Agayev Fərahi Səfa oglu 09 yanvar 2007- ci ildə Bakı şəhəri Yasamal rayonunda idmançı ailəsində dünyaya gəlmişdir. Hələ kiçik yaşlarından idmana böyük həvəsi Fərahini 8 yaşında idmanla məşğul olmağa gətirib çıxarır. “Ağ canavar” ləqəbli, Azərbaycan idmanın fəxri, dəfələrlə Avropa və dünya çempionu Eduard Məmmədovun rəhbərliyi altında “Ağ canavar” klubunda məşqlərə başlayır və tez bir zamanda uğurlar qazanır. İlk uğuru 2015-ci ildə Azərbaycan birincisi və 2016, 2017, 2018, 2019- сu illərdə kecirilən Respublika yarışlarının çempionu olur. Xatırladaq ki, Fərahi dəfələrlərlə müxtəlif turnirlərin qalibi, və 5 qat Respublika çempionudur. Atası Səfa Ağayev kikboksinq üzrə məşqiçi müəllimdir. Fərahi Ağayevin ən böyük arzusu Azərbaycan kikboksinqini dünyaya tanıdaraq Azərbaycan idmanının fəxri olmaqdır.


Dəfələrlə Avropa və dünya çempionu Eduard Məmmədov Fərahi haqqında fikirlərini bizimlə bölüşdü:

-Yaxşı idmançı daima məşq etməlidir. Fərahidə öz üzərində daima işləyən bir idmançıdır. Onun uğurları tez bir zamanda yarandı. Bu da ondan xəbər verir ki, Fərahi kikboksinq idman növünü sevir və mütamadə olaraq məşq edir. Bir məşqiçi kimi məndə onun gələcəkdə Olimpia çempionu və peşəkar idmançı olmağına inanıram. Ona hər zaman uğurlar və böyük çempionluqlar arzulayıram.
Bizdə “İctimaixeber.com” informasiya portalı olaraq Dəfələrlə Avropa və dünya çempionu “Ağ canavar” ləqəbli Azərbaycan idmanın fəxri Eduard Məmmədova və onun klubunun idmançısı Fərahi Ağayevə, bütün klubun idmançılarına bol-bol ugurlar, qalibiyyətlər arzu edirik! Dünya arenalarında, mötəbər yarışlarda hər zaman Azərbaycanın milli himnini səsləndirərək, qürurverici üç rəngli bayrağını dalğalandırasınız.


Yeganə Telmanqızı
“İctimaixeber.com”

Azərbaycan kikboksinqinin fəxri- FOTO
Azərbaycan kikboksinqinin fəxri- FOTO
Azərbaycan kikboksinqinin fəxri- FOTO
Azərbaycan kikboksinqinin fəxri- FOTO
Azərbaycan kikboksinqinin fəxri- FOTO
Azərbaycan kikboksinqinin fəxri- FOTO
Azərbaycan kikboksinqinin fəxri- FOTO
Azərbaycan kikboksinqinin fəxri- FOTO
Azərbaycan kikboksinqinin fəxri- FOTO
Azərbaycan kikboksinqinin fəxri- FOTO