Millimizin futbolçusundan Almaniyada növbəti qol

Almaniya II Bundesliqasında XXVII tura start verilib.

İctimaixeber.com xəbər verir ki, millimizin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi “Erzgebirge” növbəti matçına çıxıb.

“Nürnberq”in qonağı olan Aue təmsilçisi səfərdən 1:1 hesablı bərabərliklə dönüb.

Qonaqların heyətində yeganə qola 51-ci dəqiqədə yığmamızın oyunçusu imza atıb. Start heyətində yer alan yarımmüdafiəçi hesabı açsa da, 63-cü dəqiqədə ev sahibləri avtoqol sayəsində məğlubiyyətdən qaçıblar. Nazarov qarşılaşmanın 66-cı dəqiqəsində əvəzlənib.

Qeyd edək ki, aktivindəki xalların sayını 38-ə yüksəldən “Erzgebirge” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.