Şəhid general-mayor Polad Həşimovun əziz xatirəsinə həsr olunmuş turnir keçiriləcək.

Şəhidlər bizim qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir.

İctimaixeber.com xəbər verir ki, 30.08 2020-ci il tarixində Bakı şəhər Gənclər və İdman idarəsi, Milli Karate federasiyası və “Arpacay” karate idman klubunun təşkilatçılığı ilə Bakı şəhəri Xətai rayonu Neapol dairəsi Məzahir Rüstəmov küçəsində yerləşən stadionda açıq havada şəhid general-mayor Polad Həşimovun əziz xatirəsinə həsr olunmuş Kata və Komanda Kata idman növündə klublar arası turnir keçiriləcək. Acıq birincilik saat 14:00- da başlayır rəsmi açılış saat 17:00-da olacaq.
“Arpacay” karate idman klubunun prezidenti Yavər Hüseynovun sözlərinə görə yarışa 100-dən artıq idmançı qatılıb. Məqsəd böyüməkdə olan nəsilin Qarabağ torpaqları uğrunda şəhidlik zirvəsinə uçalan oğul və qızlarımızın xatirəsini daima əziz tutaraq qan tariximizi xatırlatmaqdır.


Yeganə Telmanqızı
“İctimaixeber.com”


Şəhid general-mayor Polad Həşimovun əziz xatirəsinə  həsr olunmuş turnir keçiriləcək.
Şəhid general-mayor Polad Həşimovun əziz xatirəsinə  həsr olunmuş turnir keçiriləcək.