Nazir: Hazırda Azərbaycanla Avropa İttifaqı yeni saziş üzrə danışıqlar aparır

Nazir: Hazırda Azərbaycanla Avropa İttifaqı yeni saziş üzrə danışıqlar aparırHazırda Azərbaycan ilə Avropa İttifaqı (Aİ) yeni saziş üzrə danışıqlar aparır.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev iyunun 13-də Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan biznes forumunda deyib.

Nazir qeyd edib ki, Azərbaycanın xarici ticarət dövriyyəsinin 42 faizi Aİ ölkələrinin, eyni zamanda, Avropa İttifaqının Cənubi Qafqazda ticarət dövriyyəsinin 78 faizi ölkəmizin düşür.