Sahibkarlar kommunikasiya və informasiyanın idarə olunması mövzusunda məlumatlandırılıb

Sahibkarlar kommunikasiya və informasiyanın idarə olunması mövzusunda məlumatlandırılıbKiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə iyunun 14-də “Kommunikasiyanın və informasiyanın idarə olunması” mövzusunda təlim keçirilib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, təlimdə sahibkarlar, menecer və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar effektiv ünsiyyət, jest və mimikanın ünsiyyət prosesində rolu, işgüzar danışıqlar, görüş zamanı “30 saniyə qaydası” və sair barədə məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.