Çin rəsmisi: Sian-Bakı blok qatarı Azərbaycan və Çin şirkətlərinin işinə töhfə verəcək

Çin rəsmisi: Sian-Bakı blok qatarı Azərbaycan və Çin şirkətlərinin işinə töhfə verəcəkSian-Bakı blok qatarı Azərbaycan və Çin şirkətlərinin işinə böyük töhfə verəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Çinin Sian şəhəri merinin müavini Qao Qao deyib.

O bildirib ki, Sian-Bakı dəmir yolu marşrutu üzrə qatarlar ötən ildən fəaliyyətə başlayıb. Hazırda Çinin Şansi vilayətinin mərkəzi Siandan Bakı istiqamətində daha 2 qatar gəlir.

“Ötən il Siandan Avropaya 1300-dən çox qatar yola salınıb, bu isə milyardlarla dollar gəlir deməkdir. Bu gün Siandan Bakıya gələn qatar reysi ümumilikdə Çindən Avropaya gedən 13-cü marşrut yoludur. Ümid edirik ki, çinli və azərbaycanlı biznesmenlər yaradılmış bu şəraitdən yararlana biləcəklər. İnanırıq ki, Çinin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Azərbaycanla əməkdaşlığımız daha da genişlənəcək. Sian-Bakı qatar yolu bu istiqamətdə atılan vacib addımlardan hesab edilə bilər”, - deyə Q.Qao əlavə edib.