Onlayn MMC yaradan şəxsə bank hesabının açılması üçün şəhadətnamə-dublikat 2 günə veriir

Onlayn MMC yaradan şəxsə bank hesabının açılması üçün şəhadətnamə-dublikat 2 günə veriirOnlayn MMC yaradan şəxs bank hesabı açaraq dövlət rüsumunu harada və necə ödəyə bilər?

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, “Elektron imza olmadan mobil nömrə və FİN kodla yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin onlayn dövlət qeydiyyatı” prosesi zamanı vergiödəyicisi tərəfindən bank hesabının açılması üçün imkan yaradılıb və həmin səhifəyə açılmalı olan bank hesabı barədə məlumatlar (bankın və bank filialının adı, hesabın növü və valyutası) daxil edilir. Digər hallarda bank hesabının açılması üçün gücləndirilmiş elektron imza (o cümlədən “ASAN İmza”) və ya istifadəçi kodu, parol və şifrə olduqda şəhadətnamə-dublikat alınması üçün İnternet Vergi İdarəsi portalı üzərindən onlayn qaydada müraciət edilməsi mümkündür. Bank hesabının açılması məqsədilə şəhadətnamə-dublikat vergiödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda 2 gündən gec olmayaraq verilir.