Smartfonla evdə olan bütün enerji sistemini idarə etmək mümkündür

Bir smartfon vasitəsi ilə evdə olan bütün enerji sistemini idarə etmək mümkündür. Zaqatalalı energetikin quraşdırdığı qurğu ilə sistem artıq uzaqdan da idarə olunur.

Dünyanın istənilən ölkəsində ol, telefonunda internet varsa evindəki cihazları idarə edə bilirsən.

Zaqatala şəhər sakini 44 yaşlı Sahib Şahmalıyev uşaqlıq yaşlarından texnikaya böyük maraq göstərib. Elə bu səbəbdən də energetika mühəndisi peşəsinə yiyələnən Sahib ağıllı ev sistemi düzəldib. Bu sistem vasitəsi ilə yalnız kombi və yaxud hansısa qaz cihazını deyil, evdə istifadə edilən bütün enerji sistemini yalnız internet şəbəkəsinə qoşulmuş smartfon telefonla, istənilən məsafədən idarə etmək mümkündür.

Tətbiq etdiyi yenilikdə hər hansı bir qazanc məqsədi güdməyən mühəndis bu sistemin ona 300-400 manata başa gəldiyini deyir.

Qaz sızması və elektrik sahəsində baş verən nasazlıqların yol açdığı ağır fəsadları tez-tez eşidirik. Sahib Şahmalıyev deyir ki, bu cür sistemlərintətbiqi iləbelə hadisələrin qarşısını almaq olar.