İki nəfər işsiz olduqda ödəmə onların yalnız birinə təyin edilir - VİDEO

Mingəçevir sakini 190 manat birdəfəlik ödəməni ala bilmir

İctimaixeber.com Xezerxeber.az-a istinadən bildirir ki, Mahruq Cəfərova bir neçə gün əvvəl e-sosial.az portalı vasitəsilə birdəfəlik ödəmə üçün müraciət edib. Onun müraciətinə müsbət cavab verilib və telefonuna müvafiq təsdiq mesajı gəlib. Lakin Mahruq Cəfərova pulu almaq üçün banka üz tutduqda ona ödəməni ala bilməyəcəyi bildirilib.

Məsələ ilə bağlı Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı "Xəzər Xəbər”ə bildirdi ki, səbəb həmin vətəndaşın həyat yoldaşına da ödəmənin təyin edilməsidir.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, ailədə iki nəfər işsiz olduqda ödəmə onların yalnız birinə təyin edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: