Azərbaycanda sosial yardımın verilməsi ilə bağlı YENİLİK

Sosial yardımın verilməsi müddətinin isə 2 ildən 1 ilə endirilməsi nəzərdə tutulur.

Ünvanlı sosial yardım almaq üçün müraciət prosedurları təkmilləşdirilir. Qeydiyyat tam olaraq elektron formada həyata keçiriləcək. Sosial yardımın verilməsi müddətinin isə 2 ildən 1 ilə endirilməsi nəzərdə tutulur. Bu da daha çox insanın özünüməşğulluq proqramına cəlb edilməsinə imkan verəcək.

Ünvanlı sosial yardım üçün müraciət prosedurları asanlaşdırılır.

Bununla bağlı "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna dəyişiklik təklif edilir. Layihəyə əsasən, qeydiyyat tam olaraq elektron formada həyata keçiriləcək. Təklif edilən dəyişikliklər ünvanlı sosial yardımla bağlı prosedurların azaldılmasını və müraciət mexanizminin sadələşdirilməsini özündə əks etdirir. Ünvanlı sosial yardımın verilməsi müddətinin 2 ildən 1 ilə endirilməsi də təklif edilən dəyişikliklər arasındadır. Məqsəd daha çox insanın bu yardımdan səmərəli istifadəsinə nail olmaqdır.

Millət vəkili Vüqar Bayramov deyir ki, əgər vətəndaşın elektron formada olan gəlirlərində dəyişiklik baş verərsə, onu yenidən təqdim etməyə ehtiyac qalmayacaq.

Dəyişikliklər parlamentin Əmək və sosial siyasət komitəsinin mayın 12-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.