''İnflyasiyanı sürətləndirən amillər deflyasiyaya gətirib çıxara bilər" - EKSPERT RƏYİ

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7.25%-dən 7%-ə endirilməsi haqqında qərar qəbul etdi. Faiz dəhlizinin aşağı həddi 6.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsində müəyyən edildi.

Rəsmi statistikaya görə may ayında 0.5%-lik deflyasiya qeydə alınmış, illik inflyasiya 2.9% təşkil etmişdir.
Metbuat.az xəbər verir ki, may-iyun aylarında pandemiyanın Azərbaycanda daxili iqtisadiyyatına neqativ təsirləri olub. Mərkəzi Bank tərəfindən real sektor müəssisələrinin monitorinqi göstərir ki, qeyri-neft sənayesi, tikinti, ticarət və xidmət sahələri üzrə biznes inam indeksi may ayında neqativ zonada olmuşdur.

Mövzu ilə bağlı Metbuat.az-a özəl müsahibə verən Almaniya Comdirect Bankının baş ofisində Maliyyə və İnvestor Əlaqələrinə Nəzarət şöbəsində çalışan iqtisadçı-ekspert Murad Calalov bildirdi ki, inflyasiya dövründə MB-ın atacağı ilk addım faiz dərəcələrini aşağı endirməsidir ki, buna da səbəb ölkədə pul əskinazlarının depozit şəklində banklarda saxlamaqdansa dövriyyəyə verilməsidir. Bundan qaynaqlanan ikinci addım sayılan maliyyə sabitliyini qorumaq və monetar genişlənmənin təmin edilməsi olur. Bu da iqtisadi