Silahlı Qüvvələrə Yardım Fonduna ianələr - SİYAHI

Müdafiə Nazirliyindən verilən məlumata əsasən, 27 sentyabr 2020-ci ildə, saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Azərbaycan Respublikası silahlı qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə tədbirlərini həyata keçirir. Artıq ciddi uğurlarımız var, bir sıra ərazilərimiz işğaldan azad edilib, düşmən böyük itkilər verib.

Belə bir həssas dönəmdə ölkədə fəaliyyət göstərən bütün qurumlar, özəl müəssisələr, iş adamları Ali Baş Komandanın və Milli Ordumuzun yanında olduqlarını sözdə deyil, əməldə göstərirlər.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna aşağıdakı qurumlar ianələr köçürüb:

“Patchi” şokolad butiki - 5000 AZN

“İpək Yolu Sığorta” - 50.000 AZN

“Melissa Group” - 100.000 AZN

Azərbaycan Tibb Universiteti - 200.000 AZN

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti - 5500 AZN