Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 16-da 76,13 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,06 dollar/barel azdır.

Bu barədə ictimaixeber.com ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 75,12 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,4 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 71,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,02 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 74,06 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,11 dollar/barel azdır.


Məqalədə:
Brent Dated
Azərbaycan nefti