"Camaat müğənniləri harınlaşdırıb" - Nadir

"Camaat müğənniləri harınlaşdırıb" - Nadir"Günah camaatın özündədir. Xalq özü müğənniləri harınlaşdırır, quduzlaşdırır".
Ictimaixeber.com-ın məlumatına görə, bu sözləri müğənni Nadir Qafarzadə "Ən yaxşısı" verilişində deyib. Sənətçi həmkarlarını təhqir edib. nadir evində saxladığı itdən də söz açıb:

"Evimdə it saxlayırdım. Ona bahalı yeməklər, paltarlar alırdım. Bir gün məni dişlədi. Yoldaşıma dedim ki, görürsən, qudurdu. İnsanda belədir. Heç kimi qudurtmaq lazım deyil".

Qafarzadə ifaçıların avtomobilini, evini tənqid etməsindən söz açıb:

"Bizə sual verirlər, danışırıq. Hərənin qismətinə bir şey yazılmış. Mənim qismətimdir, ev, maşın...".