Paşinyan xarici mətbuata Ramil Səfərovdan danışdı: Düşmənin unuda bilmədiyi göz dağı...

Ermənistanın baş naziri, son vaxtlar dəmir alveri ilə gündəmə gələn Nikol Paşinyan İtaliyanın "Corriere della Sera" qəzetinə müsahibəsində Azərbaycan ordusunun zabiti Ramil Səfərovdan bəhs edib.

İctimaixəbər.com erməni mənbələrinə istinadən xəbər verir ki, Macarıstanda həbs məhkum edilən Ramil Səfərovun Azərbaycanda azadlığa çıxmasını heç cür həzm edə bilməyən Paşinyan, bunu ölkəmizin tarixə “dəhşətli münasibəti” kimi xarakterizə edib. O, qeyd edib ki, erməni zabitini öldürən R.Səfərovun Azərbaycanda milli qəhrəman kimi qəbul edilməsi, mənzillə təmin olunması yolverilməzdir və bu, erməniləər olan münasibətdən xəbər verir.

Paşinyan erməni soyadı daşıyan şəxslərin Azərbyacana gələ bilməməsindən də şikayətlənib:

“Məsələn, ötən baharda Azərbaycanın paytaxtı Bakıda baş tutan Avropa Liqasının finalında, o vaxt" Arsenal ", indi isə" Roma "nın oyunçusu Henrix Mxitaryan iştirak edə bilmədi. Niyə? Çünki onun erməni soyadı Azərbaycanda böyük bir məsələdir. Soyadını daşıyan köynək geyən avropalı fanatlar polis tərəfindən dayandırılıb. Bir həftə əvvəl bir azərbaycanlı sürücü bir erməni musiqiçinin mahnısını dinlədiyi üçün həbs olundu. Keçən il ABŞ, Rusiya və Türkiyə vətəndaşlarının soyadları erməni soyadlarına bənzər olduğu üçün Azərbaycana girməməsi halları oldu. Bu vəziyyətin Azərbaycan hökumətinin rəsmi siyasəti ilə nə əlaqəsi var? ”

Azərbaycanın ünvanına böhtanlar səsləndirən Paşinyan, nədənsə Azərbaycanda minlərlə erməninin yaşadığını, Ermənistandakı acınacaqlı vəziyyətdən usanaraq ölkəsini tərk edən ermənilərin məhz Azərbyacana pənah gətirdiyi, bu günlərdə erməni jurnalistlərinin Bakıya səfər etdiyini “unudur”. Görünür, bunu ona xatırlatmaq üçün ermənilərə layiq olduqları əsl münasibəti göstərməyə ehtiyac var.