Birinci vitse-prezident Mehriban Əliyeva Aprel döyüşləri ilə bağlı paylaşım etdi - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Aprel döyüşləri ilə bağlı paylaşım edib.

ictimaixeber.com-ın məlumatına görə, paylaşımda deyilir:

"Aprel döyüşlərindən beş il keçir. Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Uca Tanrı hər zaman xalqımızı qorusun, doğma Azərbaycanımıza sülh, əmin-amanlıq və xoş günlər bəxş etsin!"