"Üstümə neçə dəfə təcili yardım gəldi" - "Döyülən" Kərim

"Üstümə neçə dəfə təcili yardım gəldi" - "Döyülən" Kərim"Mənə yumruqlar atdı, söyüş söydü. O qədər zərbə almışam ki, baş ağrımdan dayana bilmirəm. Üstümə neçə dəfə təcili yardım gəlib".
Ictimaixeber.com-ın məlumatına görə, bu sözləri müğənni Kərim Abasov "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib. Sənətçi bir neçə gün əvvəl şəhərdə bir şəxs tərəfindən döyüldüyü videonu yaymışdı. Kərim ona hücum edən şəxsdən bəhs edib:

"Onu həbs etdirmək fikrim yoxdur. Dediyi təhqirlərə görə, çıxıb ailəmdən və məndən üzr istəsin. İçəri girməsin, valideynləri, evində gözləyəni var. O, ağılsızdır, mən yox".

Qeyd edək ki, Kərim onu döyən şəxsin özünü polis işçisi kimi təqdim etdiyini, amma yalan danışdığını bildirmişdi. Hadisədə günahlandırılan Elvin Ramazanov isə Kərimin ona söydüyünü, hücum etdiyini açıqlayıb. O, müğənninin yalan danışmaqda, ona şər atmaqda günahlandırıb.