Tünzalənin bu görüntüləri müzakirələrə səbəb oldu

Tünzalənin bu görüntüləri müzakirələrə səbəb olduƏməkdar artist Tünzalə Ağayeva yenə də paylaşımı ilə gündəmə gəlib.
Ictimaixeber.com-ın məlumatına görə, müğənni pilates edərkən lentə alınan videosunu 810 minlik İnstaqram səhifəsində yerləşdirib.

Sənətçinin 40 minə qədər bəyəni toplayan görüntüsünə 40-dan çox şərh yazılıb və bir çox səhifələrdə paylaşılıb.

İzləyicilərin bəziləri Ağayevanı formada qalmaq üçün üzərində çox çalışmasına görə, tərifləyiblər. Bəziləri isə bu cür görüntüləri yaymasını qınayıblar.