Azərbaycanlı müğənninin toyudur

Azad Şabanov mediaya qapalı toy edir: Röya şəkil paylaşdı

İctimaixəbər.com xəbər verir ki, bu gün gənc və istedadlı müğənni Azad Şabanovun toyudur. Azad şəxsi “İstagram” hesabında toy öncəsi evində baş tutan yığıncaqdan görüntülər paylaşıb.

Müğənni qardaşı Kamran, valideyinləri və yaxın qohumları ilə o ki var rəqs edib. Diqqətçəkən məqam isə Şabanovun ailə qurduğu xanımın şəkillərini paylaşmaması olub.

Aprel ayında nişanlanan sənətçi o zamanda birlikdə olan şəkillərini yaymaqdan çəkinib. O, yalnız beş aydan sonra, yəni avqust ayında nikah haqqında şahədətnamənin fotosunu yayımlayaraq, subaylığa əlvida dediyini göstərmişdi.

Qeyd edək ki, 28 yaşlı müğənni Azad Şabanov Bakıda anadan olub. ATV kanalında yayımlanan “Yeni ulduz-7” musiqi yarışmasının ikincisi olub.

2010-cu ildə Avroviziya Mahnı Müsabiqəsinin milli seçimin yarımfinalçısı olub.

O, həmçinin özünü aparıcı kimi də sınayıb. “ATV Club” verlişinin aparıcısı olub.