Azərbaycanda qadın müğənnilərin saxta ərləri - Yanlarındakı kişilər... - FOTO

"Bəzi müğənnilər durub deyirlər ki, ərim var. Göstər də, əri göstərmə, "zaksı" göstər".

ictimaixeber.com xəbər verir ki, bunu "Tolik ilə səmimi" verilişində Afət Fərmanqızı deyib.

Müğənni ərə getdiyini deyən müğənni xanımlar üçün toyu vacib hesab edib. Afət fikrini belə izah edib:

"Onlar ər bilirsiniz nəyə deyirlər?! Tanış yarı şeydir, müvəqqətidir. Sən ondan uşaq da dünyaya gətirə bilərsən. Ər nədir?! Niyə toy edirlər?! Gedək kabab yeyək? - Yox! Toy edirlər ki, milləti ora şahid yığsınlar. Sən şahid olasan ki, getdim Afəti gördüm, ərə getdi. Toy bunun üçündür. Sabah sən ürəklə deyə bilirsən ki, o mənim ərimdir. Mən bunların heç birinin toyunu görməmişəm. Heç "zaksa" da düşmə, eybi yoxdur. Məsəl üçün, mən ailə qursam "zaksa" düşməyəcəyəm. Çünki mənim adımda müəyyən qədər əmlaklarım var. İstəmirəm sənəd-sünəd məsələlərində mənim başım ağrısın".