​Xoşqədəm Hidayətqızı əşyalarını da yığıb "Xəzər"dən GETDİ

​Xoşqədəm Hidayətqızı əşyalarını da yığıb "Xəzər"dən GETDİ

Xoşqədəm Hidayətqızı Xəzər TV-dəki işindən bu gün rəsmi olaraq ayrılıb.

ictimaixeber.com Yeni Sabah-a istinadən xəbər verir ki, bu haqda xəbərlər bir müddət əvvəl yayılsa da, təsdiq olunmurdu. Həmçinin, telekanalla teleaparıcı arasında əməkdaşlığın davam etməsi haqda razılıq da əldə olunmuşdu. Bu gün isə tərəflər yollarını ayırmaqla bağı yekun qərar veriblər.

Bu gün X. Hidayətqızı telekanaldakı əşyalarını toplayaraq Xəzər TV-nin binasını tərk edib.

Onun bundan sonra hansı teleməkanda fəaliyyət göstərəcəyi haqda məlumat yoxdur.