Məktəblərdə qış tətilinin başlayacağı tarix bilindi

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başlayır.

Təhsil Nazirliyindən verilən məlumata görə, qış tətili yanvarın 27-31 tarixlərini əhatə edir.

Tətildən sonra 6 günlük tədris həftəsi ilə işləyən məktəblərdə fevralın 1-i, 5 günlük tədris həftəsi ilə işləyən məktəblərdə isə fevralın 3-ü dərs günüdür.