Məktəblərdə dərslər sentyabrdan başlayacaq? - Elçin Əfəndidən AÇIQLAMA

Ötən həftə Türkiyə Təhsil Nazirliyinin Orta məktəblər üzrə şöbəsinin baş direktoru Cengiz Mete bildirdi ki,Türkiyədə 2020/2021 tədris ili avqustun 31-dən başlayacaq.

Hazırda ölkədə xüsusi karantin rejimi tətbiq olunur. Epidemioloji vəziyyət heç də ürək açan deyil. Bu da yeni tədris ilinin sentyabrda başlanması məsələsini sual altında qoyur.
Metbuat.az-a müsahibəsində bu barədə danışan təhsil eksperti Elçin Əfəndi bildirdi ki, hazır ki, yoluxma səviyyəsini nəzərə alaraq deyə bilərik ki, sentyabrda dərslərin başlanması ehtimal olunmur.