I qrupda dövlət sifarişli yerlərə neçə bal toplayanlar qəbul ola bilər?

I ixtisas qrupunda 250 balla pulsuz ixtisaslara qəbul olmaq imkanı yaranıb. Bu qrupda 200 baldan yuxarı toplayanların isə hər biri tələbə adını qazana bilər. Bu barədə facebook-da canlı yayım edən dövlət imtahan mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə açıqlama verib.

"Abituriyentlər ixtisas seçiminə əvvəlcədən hazırlaşmalı, ardıcıllığa xüsusi diqqət yetirməlidilər. Çünki, yerləşdirmədən sonra seçdiyi ixtisasdan, qəbul olunduğu ali təhsil ocağından narazı qalanlar olur ki, onlar bu məsələdə özlərini yox başqalarını günahlandırırlar." Bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "facebook"da canlı yayım zamanı deyib. O bildirib ki, abituriyentlər ixtisas seçimində heç kimin köməyindən istifadə etməməlidirlər.

O bildirib ki, I qrupda 200 baldan yuxarı nəticə göstərənlərin sayı 10343 nəfərdir. Onlar 14724 yerə iddiaçıdır. Bu da o deməkdir ki, I qrupda 200 baldan yuxarı nəticə göstərən hər bir şəxs ali məktəbə qəbul oluna bilər. Eləcə də dövlət sifarişli yerlərə 250 dən yuxarı bal toplayanların hamısı qəbul ola biləcəklər, çünki 9162 nəfər 250-dən yuxarı bal toplayib. 9090 da dövlət sifarişli yer var. Bu arada 4-cü qrupu seçənlərin əksəriyyəti Tibb universitetinə qəbul olmaq istəyirlər ki, burda da dövlət sifarişli yerlərin sayı məhdud olduğuna görə yalnız yüksək bal toplayan abituriyentlər ora qəbul olunacaqlar.

Qeyd edək ki, I qrupda bu il 600 baldan yuxarı bal toplayanların sayı 611 nəfər olub, ötən il bu rəqəm 553 nəfər idi. İxtisas seçiminə 44 min 776 nəfər buraxılıb, onların 26 mindən çoxu artıq seçim edib.