Röya Aygünün mahnısını oxudu - Video

Röya Aygünün mahnısını oxudu - VideoƏməkdar artist Röya Ayxan İnstaqram paylaşımı ilə diqqət çəkib.

Ictimaixeber.com-ın məlumatına görə, müğənni illərlə küsülü olduğu Xalq artisti Aygün Kazımovanın mahnısını oxuyub.

Röya Kazımovanın "Özüm özümü aldadıram" mahnısını səsləndirib. O, paylaşım zamanı Aygünü işarələyərək, ona ürək işarəsi qoyub.

Qeyd edək ki, Aygünlə Röyanın ötən il məclislərdən birində uzun küsülülükdən sonra barışdığı deyilsə də, sənətçilər heç vaxt yan-yana görüntülənməyiblər.