Samira depressiyadan çıxdı

Samira depressiyadan çıxdıMüğənni Samira AliMəryam yeni mahnısını təqdim edib.

Ictimaixeber.com xəbər verir ki, “Güzgü” adlanan bəstənin sözləri Nurlan Əliyev, musiqisi və aranjimanı Muxtar Abseynova məxsusdur. Sənətçi ərsəyə gələn işlə bağlı fikirlərini bölüşüb:

“Mahnı Muxtar tərəfindən mənə təklif olundu. Bu, onunla növbəti uğurlu işbirliyimizdir. Mahnıya tez bir zamanda klip çəkdirmək istəyirəm. Adı da maraqlıdır: “Güzgü”. Çalışıram güzgüyə gec-gec baxım. Düşünürəm ki, hər bir insanın qəlbi onun aynasıdır. Ona görə də heç kimə arzu etmərəm ki, ürəyinin güzgüsü hər hansı bir səbəbə görə qırılsın”.

Qeyd edək ki, bu, depressiyada olan və sənətdən uzaqlaşan Samiranın uzun fasilədən sonra ilk işidir.