"Bavariya" "qızıl dubl" etdi - VİDEO

"Bavariya" "qızıl dubl" etdi - VİDEOAlmaniya Kubokunda final oyunu keçirilib.

Ictimaixeber.com xəbər verir ki, Berlindəki "Olimpiaştadion"da təşkil olunmuş qarşılaşmada "Bavariya" və "Leyptsiq" qarşılaşıb. Oyun Münhen təmsilçisinin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

Qolları 29-cu və 85-ci dəqiqələrdə Robert Levandovski, 78-ci dəqiqədə isə Kinqsli Koman vurub.

Bununla da "Bavariya" tarixində 19-cu dəfə ölkə kubokuna sahib olub. Bu klub daha əvvəl ölkə çempionluğu da əldə edib. 2009-cu ildə yaradılmış "Leyptsiq" isə ilk finalında darmadağın olub