"Barselona" kuboku qazana bilmədi - VİDEO

"Barselona" kuboku qazana bilmədi - VİDEOİspaniya Kubokunun final matçı keçirilib.

Ictimaixeber.com xəbər verir ki, Sevilya şəhərinin "Benito Vilyamarin" stadionunda baş tutan qarşılaşmada "Barselona" və "Valensiya" qarşılaşıb. Oyun 2:1 hesabı ilə "yarasalar"ın xeyrinə başa çatıb.

Qalib komandanın qollarını Kevin Qameyro və Rodriqo vurub. Kataloniya klubundan isə Lionel Messi fərqlənib.

Bununla da "Valensiya" tarixində 8-ci dəfə İspaniya Kubokunun sahibi olub. "Yarasalar" daha əvvəl 2008-ci ildə kuboku qazanmışdılar.