Ər və arvad arasında dava ölümlə bitdi - VİDEO

Ər və arvad arasında dava ölümlə bitdi - VİDEODiyarbakırda avtobusda baş verən silahlı hücum nəticəsində 2 nəfər ölüb, biri uşaq olmaqla 2 nəfər də yaralanıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, silahlı hücuma səbəb İzmirdəki bir ailə mübahisəsi düşüb. Silahlı hücum da məhz bu ər-arvad mübahisəsindən qaynaqlanıb.

Belə ki, İzmirin Güzelbahçe mahalında 34 yaşlı Hayrettin İkilik həyat yoldaşı 27 yaşlı S.İ-yə şiddət göstərdiyinə görə, onun qohumları tərəfindən ağac dəyənəklərlə döyülərək xəstəxanalıq edilib.

Xəstəxanaya aparılan İkilik həkimin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib. Hadisədən sonra Hayrettin İkilikin yaxınları onun həyat yoldaşı S.İ-nin atası Piresin Bıkmış ilə qardaşı Hasan Bıkmışı Diyarbakırda vuraraq öldürüb.

Hayrettin İkilik 3 uşaq atası və pidə ustasıdır. Polis hadisə ilə bağlı İkilikin həyat yoldaşını və 2 saxlayıb. Hadisə ilə bağlı cinayət işi açılıb