Yaponiyada məktəblilərə HÜCUM: 16 nəfər bıçaqlandı... (VİDEO)

Yaponiyada məktəblilərə HÜCUM: 16 nəfər bıçaqlandı... (VİDEO)Yaponiyanın Kavasaki şəhəri yaxınlığında naməlum şəxs 19 nəfəri bıçaqlayıb.

Unikal.org NHK telekanalına istinadən xəbər verir ki, bıçaqlananlardan 16-sı məktəblidir. Artıq 3 məktəbli qızın qan itirməsindən dünyasın dəyişdiyi deyilir. Hadisəni törədən 50 yaşlarında terrorçu özünü bıçaqlayaraq intihar edib.

Bu arada ABŞ prezidenti Donald Tramp Yaponiyada naməlum şəxsin parkda məktəblilərə hücum etməsi hadisəsi ilə bağlı başsağlığı verib.