Tramp Şimali Koreya lideri ilə görüşdü - VİDEO

Tramp Şimali Koreya lideri ilə görüşdü - VİDEOBu gün ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnlə Şimali Koreya ilə Cənubi Koreyanı ayıran hərbsizləşdirilmiş zonada görüşüb.

Unikal.org xəbər verir ki, Yaponiya telekanalları görüşü canlı yayımlayıb.

İki lider demarkasiya xəttinin müxtəlif tərəflərində duraraq bir-birlərinin əllərini sıxıb, daha sonra isə D. Tramp ilk addımı atıb. Bununla da D. Tramp Şimali Koreyaya səfər edən ilk ABŞ prezidenti olub. D. Tramp deyib ki, bu sərhədi keçmək böyük şərəfdir, böyük irəliləyiş var. Daha sonra isə Kim Çen İn qarşı tərəfə keçib.

İki liderin görüşü zamanı D. Tramp jurnalistlərin suallarına cavab olaraq Şimali Koreya liderini ABŞ-a dəvət etməyə hazır olduğunu da bildirib.